Ölkə
Sumqayıtda bu məktəbi bit-birə basıb
Sumqayıt məktəbində mühüm problem üzə çıxıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, “Sumqayıt24″ə daxil olan məlumata görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, valideynlər övladlarının 14 nömrəli məktəbə getmələrini istəmirlər. Onlar təhsil ocağının sinif otaqlarında bit-birələrin olduğunu iddia edirlər.
Valideynlərin sözlərinə görə, problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunsa da, hələlik heç bir tədbir görülməyib.
“Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır”, – deyə şikayət edən valideynlərdən biri bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun