Ölkə
Sumqayıtda eltilər arasında qanlı dava
Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun