Ölkə

Sumqayıtda marşrut avtobuslarının sayı azaldıldı – SƏBƏB

Sumqayıtda 12 A marşrut xətti üzrə hərəkət edən avtobusların sayı azaldılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a sakinlər məlumat verib.

Qeyd edilib ki, sözügedən marşrut xətti üzrə avtobuslar yoxa çıxıb. Sakinlər hazırda istismara cəmi bir və ya iki avtobusun buraxıldığını iddia edirlər.

Bildirilir ki, şəhərin mərkəzi bazarından Şəfəq qəsəbəsinə (Yeni şəhərciyə – Stansiya Sumqayıt) işləyən avtobuslarda sıxlıq pik həddə çatıb. Bunun digər səbəbi kimi isə intervalın 40 dəqiqəyə qədər artırılmasının olduğu göstərilir.

“Hər gün avtobusun içərisində böyük insan izdihamı yaşanır. İntervalı isə o qədər artırıblar ki, mənzil başına vaxtında çata bilmirik. Aidiyyəti qurumlar düşünmür ki, sərnişinlər arasında xəstəxanaya və ya işə gedənlər var. Bundan əlavə, xəttə buraxılan avtobusun nə havalandırması var, nə kondisioneri işləyir. Hər gün qəsəbədən Sumqayıta və əks istiqamətə gedən xeyli sayda sərnişin min bir əziyyətlə üzləşərək yola çıxmağa məcburlar. Sakinlərin çəkdiyi ən birinci əziyyət avtobusun yolunu gözləməkdir. Şəhərdən qəsəbəyə gedənlər azı 40 dəqiqə avtobusu günün altında gözləməlidirlər”, şikayətçilər söyləyiblər. 

İqtisadiyyat.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində 12A nömrəli marşrut xəttində 4 iritutumlu avtobus 20 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.

Qeyd edilib ki, Sumqayıt şəhərində avtobus parkının təhlili aparılıb: “Avtobus parkında saz vəziyyətdə olan nəqliyyat vasitələrin azlığı səbəbindən marşrut xətlərində kifayət qədər avtobus istifadə olunmur. Bu da intervalların böyüməsinə gətirib çıxarır. Daşıyıcıya xətt üzrə avtobusların sayının artırılması və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button