Sürücülər ən çox hansı qayda pozuntusuna görə cərimələnirlər?
Ölkə ərazisində təxminən 1 milyon 350 mindən çox minik avtomobili var.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, təkcə paytaxt Bakıda gün ərzində yüzlərlə sürücü yol hərəkəti qaydasını pozur.
Bəs görəsən sürücülər ən çox hansı qayda pozuntusuna yol verirlər?
Sürücülərin böyük əksəriyyəti ən çox dayanma – durma tələblərini pozduqlarına görə cərimələndikərini bildirirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib əsasən qayda pozuntuları dayanma – durma, ötmə, manevr etmə, qarşı nəqliyyatın zolağına çıxma, svetofarun qırmzı işığında hərkətə davam etmə kimi hallarda müşahidə olunur.
Keçirdiyimiz sorğudan da məlum oldu ki, sürücülərin əksəriyyəti qaydalardan məlumatlı olsalar da, onu pozurlar.
Buna səbəb kimi isə parklanma yerlərinin və ya taksi dayanacaqlarının kifayət qədər olmamasını göstərirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az