Ölkə

“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində sosial media fenomenlərinə həbs qərarı çıxarılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “qanunsuz mərc oyunları reklamları və promosyonları” ilə bağlı bəzi tanınmış adlar və fenomenlər barəsində başladılan istintaq davam edir. 

Yasin Obuz, Mesut Can Eray, Cenk Pekkan, Ünal Orhan, Özgür Yağan, Kerem Gülsoy və Özcan Acar haqqında qanunsuz mərc oynamağa təşviq etdikləri iddiası ilə həbs qərarı çıxarılıb. 

Qeyd edək ki, bir neçə həftə əvvəl də İstanbul Respublika Baş Prokurorluğu qanunsuz mərc oynamağı təşviq etmə iddiası ilə bağlı aparılan istintaq çərçivəsində aralarında fenomenlər  və bəzi məşhur adların da olduğu 23 şübhəli haqqında həbs qərarı çıxarıb. İstintaq zamanı qeyri-qanuni mərc reklamlarında iştirak etdiyi iddia edilən şübhəlilər arasında müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçkar, Sefa Caner Sarıçam və Rus və Türkiyə vətəndaşı Aleksander Mensikof da var idi.

Fidan

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button