Ölkə

Sus kəndində ilk körpə dünyaya gəldi

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, körpənin valideynləri – Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn – Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

“Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda… Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq”, – deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button