Ölkə

Şuşanın bərpa olunan mərkəzi küçəsi bu tarixdə təhvil veriləcək

Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil veriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zaman deyib.

O qeyd edib ki, Şuşa tarixi qoruq statusu daşıyır deyə, orada inşa ediləcək yaşayış evlərində də hiss ediləcək.

“Şuşada yaşayış sahələrində böyük həcmli yaşıllıq ərazilər olacaq. Tikinti zamanı bütün işlər şəhərin tarixi əhəmiyyətinə görə nəzərə alınır”, – deyə o, qeyd edib.

“Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosse yolu gələn ilin birinci rübünə hazır olacaq.”

“Biz Şuşada tarixi binaları və fərdi evləri bərpa edəcəyik. Şuşada 200-ə qədər tarixi və mədəni abidələr mövcuddur. Onların bir hissəsi ermənilər tərəfindən dağıdılıb. İndiyə qədər 15 tarixi abidə bərpa edilib və dörd abidənin bərpası istiqamətində işlər apaılır”, – deyə o, bildirib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button