Ölkə

Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakıda təcili yardım avtomobili piyadanı vuraraq öldürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, hadisə avqustun 29-u saat 12:30 radələrində baş verib. 

Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Sultan Sultanov yol vərəqəsi əsasında idarə etdiyi həmin stansiyaya məxsus “İveko” markalı avtomobillə Maştağa-Zabrat şosesi ilə hərəkətdə olarkən “Təkər Kredit” mağazasının qarşısında yolu sağdan sola keçən piyada, 1950-ci il təvəllüdlü Məlikov Şahverdi Ağaverdi oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Hadisə ilə bağlı ilk məlumatı Lent.az yayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button