Mədəniyyət

“Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı

Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş  “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində açıldı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru  Zahid Əvəzov açaraq, tədbir iştirakşılarını ,vaideinləri və qonaqları salamladı.

Söz alan Xətai İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah Hüseynov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Gündüz  Həbibov, Rəssam Rəvan Sadidov  və “Zeytun bağları” brendinin nümayəndələri  Turan  Abbasov  və  Aynur Şıxəliyeva  öz yrək sözlərini bölüşdülər.

Əsəri sərgilənən müəlliflərə  sertfikatlarla bərabər  hədiyyələr  təqdim olundu.

Həmçinin ,sərgidən seçilmiş 30 ən yaxşı əsərin müəllifi   xüsusi hədiyyə ilə mükafatlandırıldı.

Nəzərinizə çatdıraq ki,mövzusu  “NECƏ BİR TƏBİƏTİ QORUMA NİŞANI ASARDIM !” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc  800-dən bir qədər çox əsər göndərmişdir və bu əsərlər arasından  seçilən 150  bir qədər çox əsər sərgiləndi.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button