İdman
Təbrizdə gənc futbolçu güllələnib
Təbrizin “Maşinsazi” futbol klubunun gənclər komandasının üzvü Mehdi Mahmudi ötən həftə naməlum şəkildə güllələnərək qətlə yetirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təbriz şəhərində idman kompleksinin qarşısında baş verən silahlı insidentdə futbolçuya bir neçə dəfə atəş açıldığı bildirilir.
Qeyd edək ki, ötən həftə Təbrizin “Oqab Mehr” futbol klubunun gənc oyunçusu Əmir Xudayari də Şahgölü yaxınlığında avtomobil qəzasında həyatını itirib.
Milli.Az