Ölkə

Təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb?

Göyçayda fəaliyyət göstərən təcili yardım maşını ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videoda vətəndaş təcili yardım maşınında eyni anda üç ağır xəstənin aparılmasından gileylənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Milli.Az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 4-də saat 13:00-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən, iki pasiyentin Bakı şəhərində yerləşən tibb müəssisələrinə aparılması ilə bağlı çağırış icra olunub:

“Həmin pasiyentlərdən biri travmatoloji xəstə olduğu üçün arxa salonda xərəkdə uzanmış vəziyyətdə yerləşdirilib, digər pasiyentdə isə klaustrofobiya (qapalı məkan qorxusu) olduğuna görə avtomobilin arxa salonunda oturmaqdan imtina edib və istisna hal olaraq ön oturacaqda əyləşib.

Qeyd edək ki, bu ambulanslar bir oturaq və bir uzanıqlı pasiyentin köçürülməsi üçün komplektasiyaya malikdir.

Onu da bildiririk ki, hər iki pasiyentin həyati təhlükəsi olmayıb və yolboyu müvafiq tibbi yardım göstərilərək, göndərişlərinə uyğun Bakı şəhərindəki tibb müəssisələrinə yerləşdirilib”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button