Ölkə

Təcili yardımın sürücüsü öldürüldü – FOTO

Göyçay rayonunda qətl hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə bu gecə saat 21:00 radələrində Göyçay rayonunun Potu kəndində qeydə alınıb. Rayon sakini 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğluna şəxsi avtomobilində kəsici alətlə ağır xəsarətlər yetirilib. Zərbənin təsirindən Asif Eminov elə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub. Asif Eminovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Asif Eminov Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasında sürücü vəzifəsində işləyirdi.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button