Ölkə

Təkəbbürün olub-olmamasını aşkar etmək üçün 7 yol

Təkəbbür elə bir haldır ki, nəfs insana hakim olar və onu vadar edər ki, özünü yuxarı tutsun və hətta başqalarını təhqir etməkdən çəkinməsin.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yəni, insan özünü başqalarından üstün görür. Bu, bir ruhi xəstəlikdir ki, insanın dar düşüncəli olmasından qaynaqlanar.

O, özündə elə fəzilətlər görər ki, başqalarında yoxdur. O, heç bir zaman öz nöqsanlarını və başqalarının kamal sifətlərini görməz.

Bu xəstəliyin bir çox pis nəticələri vardır ki, insanı nalayiq işlərə vadar edər. Zalım olmaq, başqalarının haqqını tapdalamaq, kin, həsəd, haqdan boyun qaçırtmaq, başqalarının nəsihətini eşitməmək kimi. Ona görə də hər kimdə təkəbbür halı var, onda gözəl əxlaq olmaz.

İmam Sadiq (ə) bu haqda buyurur: “Hər kəs təkəbbür etməz, məgər o səbəbə görə ki, nəfsində zillət tapar”.

Həzrət (ə) yenə buyurur: “Təkəbbürlü insan gözləməsin ki, onu yaxşılıqla anacaqlar”.

Bəs təkəbbürün nişanələri hansılardır?

Təkəbbürün olub-olmamasını aşkar etmək üçün bəzi yollar vardır ki, onlara işarə edək:

1. Səhvi etiraf etmək. Əgər cəm içində bir məsələdən bəhs olunarsa, başqası haqqı deyərsə, insan öz səhvini başa düşər və onu etiraf etmək onun üçün çətin olmazsa, deməli onda təkəbbür hissi yoxdur, əks halda o, təkəbbürlüdür.

2. Nə zaman məclisə daxil olsanız, əgər sizin üçün başqalarının baş tərəfdə əyləşməsi çətin gəlmirsə və ya yol gedən zaman başqaları sizdən qabaqda hərəkət edərsə və siz arxada gəlirsinizsə, deməli təkəbbür hissi sizdə yoxdur.

3. Salamı ilk vermək əgər çətin gəlməzsə.

4. Əgər sizin üçün zəngin və yoxsul eynidirsə. Ehtiyacı olanların ehtiyacını həll edirsinizsə, və ya dəvətlərini qəbul edirsinizsə, evin ehtiyaclarıını özünüz ödəyir və evə özünüz aparırsınızsa, deməli təkəbbürlü deyilsiniz.

5. Əgər təmtəraqlı paltar geyinməyi sevirsinizsə və onu şərəf hesab edirsinizsə, deməli təkəbbürlüsünüz.

6. Əlinizin altında işləyənlərlə əgər bir süfrədə əyləşməkdən imtina edirsinizsə, deməli təkəbbürlüsünüz.

7. Bəzi insanlarla görüşən zaman ədəb qaydalarını onlardan əsirgəyirsinizsə, deməli təkəbbürlüsünüz.

Yuxarıda dediklərimiz təkəbbürün büruzə verən nişanələri idi. Bəzi amillər vardır ki, təkəbbür üçün şərait yaradar və onu şiddətləndirər.

1. Nəsil və nəcabət. Bəzi insanlarda təkəbbürün meydana gəlməsinə səbəb – nəsil və nəcabətləridir. Onlar da şeytan kim öz nəcabətləri və əcdadları ilə öyünərlər. Halbuki, Allah yanında ən sevimli insanlar – ən təvqalı olanlardır.

2. Zənginlik. Təkəbbür üçün şərait yarada bilən amillərdən biri də sərvət, mal və övladdır. Əgər bu mövzularda bir qədər təfəkkür etsək, görərik ki, təkəbbür üçün heç bir səbəb yoxdur.

3. Qüdrət. İnsanlar üzərində qüdrət sahibi olmaq da təkəbbür üçün şərait yaradan amillərdəndir. Bu insanların təkəbbürü başqalarından daha çox olar.

Bir nəfər İmam Sadiqə (ə) deyir: “Mən yaxşı yeməklər yeyir və yaxşı ətirlər vururam, bahalı ata minirəm, bu işlərdə təkəbbür vardırmı? Əgər belədirsə onları tərk edim?”.

İmam (ə) buyurur: “O kəs məlun və üsyankardır ki, insanları ayaqlarının altında əzsinlər. Haqqı tanımaz”.

Həmin şəxs deyir: “Mən ki, elə insan deyiləm. Ancaq insanları əzməyin mənasını başa düşmədim”.

İmam (ə) buyurur: “Yəni insanları təhqir edər, özünü onlardan üstün hesab edər. Bu cür insan cəbbardır”.

Həqiqətən təkəbbür əhli Qiyamət günü qarışqalar kimi qərar veriləcəkdir. İnsanlar onların üzərinə ayaq basacaqdır. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü Allah Təaladan uzaq olan insanlar – üsyankar təkəbbürlülərdir”.

İmam Sadiq (ə) buyurur: “Cəhənnəmdə təkəbbürlülər üçün elə qapılar vardır ki, ona səqər deyilər. Allaha hərarətin şiddətinə görə şikayət edərlər. Allah onlara icazə verər ki, nəfəs alsınlar. Tənəffüs edən zaman cəhənnəmi atəşə tutarlar”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button