Ölkə

Tələbəni öldürən 18 yaşlı gəncin istintaqı başa çatıb

Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, bu il iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ölən 20 yaşlı Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button