Ölkə

Tacikistanlı nazir Azərbaycanda hərbi hissəni ziyarət etdi

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button