Ölkə

Taksilər üçün yeni zolaq yaradılacaq?

Taksilərin avtobus zolağından istifadəsi leqallaşdırıla bilər. Taksi tanınma nişanı ilə yox, mərkəzi informasiya sistemində, həqiqətən də, taksi kimi qeydiyyata alınan nəqliyyat vasitələri bu zolaqdan istifadə edə bilər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-in suallarını cavablayarkən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O qeyd edib ki, taksilər üçün yeni zolaq yaradılmır.

“Bəzi ölkələrdə avtobus zolağından taksilər yalnız sərnişin aparanda istifadə edə bilər. Ölkəmizdə avtomobildə pərdə, “plyonka” məsələləsi aktualdır deyə, maşında sərnişin olub-olmamasını görmək çox çətindir. Bunun ortaq məxrəci odur ki, mərkəzi informasiya sistemində, həqiqətən də, taksi kimi qeydiyyata alınan nəqliyyat vasitələrinin həmin zolaqdan istifadəsi mümkün olsun.

İndi taksini boş yerə sürən də yoxdur. Sürücülər ya sərnişin aparır, ya da götürməyə gedir. Ona görə bunu gələcəkdə leqallaşdırmaq olar. Nəzərə almaq lazımdır ki, 70 minin üzərində bir rəqəmdən söhbət gedir. Bu qədər taksi eyni vaxtda fəaliyyətdə olmur. Hazırda qarşıya qoyulan məqsədlər sertifikatlaşdırma, rüsumların ödənilməsi və s.-dir. Bunlar da olduqdan sonra, yəqin ki, bu qədər taksi sürücüsü qalmayacaq. Ondan sonrakı mərhələdə avtobus zolağından istifadə məsələsinə baxmaq olar”, – deyə o əlavə edib.

Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər.

Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button