Ölkə

“Taksilərin sayı 67-70 mindən 35 minə enib”

“Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir”. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. 

O bildirib ki, Bakıda taksilərin sayı 67-70 mindən 35 minə enib: “Qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb. Bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb”.

AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: “Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button