Siyasət

Tanınmış ABŞ qəzeti Azərbaycana qarşı erməni propaqandasını dəstəkləyir?

Amerikanın mühafizəkar gündəlik “The Washington Times” qəzeti ermənilərin təbliğatçı iddialarını dəstəkləyən məqalə dərc edərək, Azərbaycanı Qarabağın erməni əhalisini “blokadaya almaq”da ittiham edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məqalənin müəllifi Qarabağ ermənilərini 1995-ci ildə Bosniya və Herseqovinada soyqırımdan əziyyət çəkən müsəlmanlarla müqayisə edərək Xankəndini “yeni Srebrenitsa” adlandırıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.

O vaxtdan etibarən Azərbaycan tərəfindən Qarabağın erməni əhalisi üçün “Laçın” sərhəd buraxılış məntəqəsindən keçməyə imkan yaradılıb. Sərhəd buraxılış məntəqəsindən yayılan çoxsaylı kadrlar Qarabağın erməni sakinlərinin sərhəd buraxılış məntəqəsindən keçməsində hər hansı maneə və çətinliyin olmadığını təsdiqləyir.

Eyni zamanda, Azərbaycan Qarabağ sakinləri üçün ərzaq, dərman vasitələri və zəruri olan hər şeyin çatdırılması məqsədilə “Qırmızı Xaç” maşınlarının keçidinə mütəmadi icazə verir.

Lakin Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarını ləngitməyə davam edir. Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən çoxsaylı hərbi təxribatlar, həmçinin “Laçın” sərhəd buraxılış məntəqəsi vasitəsilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalçılıq məhsullarını daşımaq cəhdləri Azərbaycanla sülh prosesinin və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaydaya salınmasına mane olur.

Qeyd olunan məqalənin müəlliflərinə xatırlatmaq istərdik ki, məhz Ermənistan 30 il müddətində Azərbaycan əhalisinə qarşı soyqırım törədib. Srebrenitsada baş verən hadisələrdən 3 il əvvəl Ermənistan Qarabağln Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı dəhşətli hərbi cinayət törədib. 613 dinc sakin, o cümlədən: 63 uşaq, 106 qadın və 70 qoca Xocalı soyqırımının qurbanı oldu. İtkin düşmüş 150 nəfərin aqibəti bugünədək naməlum olaraq qalır. Srebrenitsa soyqırımında təqsirklarlardan fərqli olaraq Xocalıda qətliam törədənlər hələ də cinayətlərinə görə cəzalandırılmayıb.

Beləliklə, Aİ Şurası və ABŞ-nin köməklik göstərdiyi sülh prosesi fonunda Azərbaycanın həm Qarabağ erməniləri, həm də Ermənistan hakimiyyəti ilə münasibətləri qaydaya salmaq səylərini nüfuzdan salan bu cür məqalələr regionda uzunmüddətli sülhün formalaşmasına əsk təsir göstərir və bu baxımdan Ermənistanın destruktiv siyasətini dəstəkləyir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button