Ölkə

Tanınmış aparıcı rəhbər təyin olundu

Tanınmış xəbər aparıcısı və telejurnalist Ariz Tarverdiyev “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinə yeni rəhbər təyin olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Əmr imzalayıb.

A.Tarverdiyev 2019-cu ildən “AzerGold”da Mətbuat katibi, Mətbuatla iş sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Sözügedən departament QSC-nin ictimaiyyət və mətbuatla əlaqələr, yerli pərakəndə qiymətli metallar bazarında qızıl və gümüş sikkə, eyni zamanda külçələrin satışı və mübadiləsini, sosial layihələrin icrasını həyata keçirir.

A. Tarverdiyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb. “TRT Haber” və “Reuters” media şirkətində təcrübə keçib, 2011-ci ildən “ATV international” televiziya kanalında tərcüməçi və müxbir vəzifələrində çalışıb, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında müxbir, redaktor, aparıcı, layihə rəhbəri vəzifələrini icra edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button