Ölkə
Tanınmış jurnalist vəfat etdi
Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.
Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun