Ölkə
Tanınmış ukraynalı avtoritet Bakıda saxlanıldı
Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Oleq Kravivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun