Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, R.T.Ərdoğan bu barədə özünün “Twitter” səhifəsində yazıb.
“Biz 14-nə nisbətən mayın 28-də daha çox səs qazanacağıq və qalib gələcəyik. İnşallah tarixi bir uğura imza atacağıq”, – deyə Türkiyə Prezidenti bildirib.
Milli.Az