Ölkə

Tarixi qalanın damına dəmir şifer vuruldu, müzakirə yaratdı

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub. Bu isə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri restavrasiya zamanı tarixi tikilinin damına dəmir şiferin vurulmasını sərt tənqid ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətinə sorğu ünvanladıq.

Qurumdan Milli.Az-a verilən açıqlamaya görə, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb:

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

Qeyd edək ki, sözügedən qala XVIII əsrə aid edilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button