Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev-100” tədbiri keçirilib – FOTO

Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev-100” tədbiri keçirilib - FOTO

Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Böyük Britaniyaya səfəri zamanı tədbirin təşkil olunduğu bu məkanda konsertdə iştirak etmiş və çıxış etmişdi. Ümummilli Lider bu tarixi salonda Azərbaycan musiqisi və incəsənətinin təqdim edilməsinin vacibliyini vurğulamışdı. Həmin əlamətdar tarixi məqam mayın 25-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirə daha bir özəllik verirdi.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Böyük Britaniya Parlamentinin İcmalar palatasının deputatları, lordlar, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun üzvləri, özəl sektorun nümayəndələri, tanınmış ictimai xadimlər, Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri iştirak edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi və konsert proqramı təqdim edilib. Sərgidə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinıə dair, Azərbaycan tarixinin əsas hadisələri, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri haqqında foto və məlumatlar yer almışdı.


Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir