Uncategorized

TDT baş katibi Şuşanın mədəniyyət paytaxtı elan edilməsindən danışdı – FOTO

Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təkcə illərdir ədalətsiz işğala məruz qalan qədim türk yurdu Şuşa üçün deyil, bütün türk dünyası üçün çox mühüm hadisədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mayın 12-də Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömürəliyev Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Şuşada keçirilən açılış mərasimində TDT baş katibi səfir Kubanicbek Omuraliyev, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə birlikdə, TÜRKSOY-un baş katibi Sultan Raev və Azərbaycanın Moskvadakı səfiri və TÜRKSOY-un qurucu baş katibi Polad Bülbüloğlu açılış nitqi ilə çıxış ediblər.

Açılışda çıxış edən baş katib K.Ömurəliyev türk dünyasının mədəniyyət paytaxtı təşəbbüsünün türk mədəniyyətinin qorunub saxlanılması və gələcəyə daşınmasında mühüm rol oynadığını, mədəniyyət sahəsinin türk xalqlarının ortaq kimliyini təşkil etdiyini bildirib.

O həmçinin TDT-nin 2023-cü il ərzində Şuşada həyata keçirəcəyi layihələr və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər barədə də məlumat verib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button