Ölkə

“Tech Networking Night” mövzusunda növbəti tədbirlərini keçirib

“Networking Azerbaijan” iş adamları klubu “Tech Networking Night” mövzusunda növbəti tədbirlərini keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Networking Azerbaijan” iş adamları klubu iki gün Shah Palace hoteldə “Tech Networking Night” mövzusunda növbəti tədbirlərini keçirib.Tədbir iki gün  gün davam edib.  Ənənələrinə sadiq qalaraq,  “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub.  Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Birinci gün baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb, netvörkinqin faydalarından bəhs edib və sahibkar Balağa Cəfərovu səhnəyə davət edib. Balağa Cəfərov biznes haqqında  qonaqlara məlumat verib və qonaqların suallara cavab verib.

Gecənin növbəti spikeri Həsən Həsənov işlədiyi şirkətin dünyada payından və həmçinin brend haqqında maraqlı faktlarla bölüşüb.

İki gün ardıcıl keçirilən tədbirlərdə sponsorlar qonaqlara müxtəlif hədiyyələr təqdim olundu.

Tədbirdə  qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin edib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button