Ölkə

Temperatur iqlim normasından 5 dərəcə yuxarı olub

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, avqustun 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

Havanın maksimal temperaturu avqustun 10-da Bakıda iqlim normasından 5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında, eləcə də, Gəncə-Qazax zonasında temperatur 40, Naxçıvan MR və aran rayonlarında 42, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlib.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40, bəzi yerlərdə 41-42, aran rayonlarında 38-40, bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button