Ölkə

Teylor Sviftin konsertləri ləğv edildi

Terror təhlükəsi səbəbindən Teylor Sviftin Vyanada 8-10 avqust tarixlərində keçirilməsi planlaşdırılan üç konserti ləğv edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tədbir təşkilatçıları xəbər veriblər.

“Rəsmi şəxslərin “Ernst Happel” stadionunda planlaşdırılan terror aktı barədə məlumatı təsdiqləməsi ilə əlaqədar olaraq, planlaşdırılan üç konserti ümumi təhlükəsizlik naminə ləğv etməkdən başqa çarəmiz qalmadı”, – deyə açıqlamada deyilir.

Bildirilir ki, Avstriya polisi artıq terror aktı planlaşdıran iki nəfəri saxlayıb. Saxlanılanlardan birinin 19 yaşı var və ondan kimyəvi maddələr götürülüb.

Polis hesab edir ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, çoxlu insanın toplaşdığı tədbirlər ola bilərdi.

Qeyd edək ki, Teylor Svift hazırda dünyanın ən məşhur müğənnilərindən biridir. O, indiyədək 11 “Grammy” mükafatı qazanıb və 200 milyondan çox albom satıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button