Ölkə
Timati Rusiyada daha bir brendi satın almaq istəyir
Məşhur reper Timati Rusiyadakı “Domino’s Pizza” şəbəkəsini satın almaq istəyir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, reper brendi sata bilməyən və iflasın başladığını elan edən Hollandiyanın “DP Eurasia” şirkətinin rəhbərliyindən onunla əlaqə saxlamağı xahiş edib.
Qeyd edək ki, Timati daha əvvəl Anton Pinski ilə məşhur qəhvə şirkəti “Starbucks”ın Rusiyadakı aktivlərini alaraq yeni adla istifadəyə veriblər.
Milli.Az