Tiqran Əlixanovun meyiti tapıldı
Rusiyanın xalq artisti, Moskva Konservatoriyasının keçmiş rektoru, pianoçu Tiqran Əlixanov Moskvada Kosmodamianskaya sahilindəki mənzildə ölü tapılıb.
Milli.Az Oxu24.com-a istiandən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
“Oktyabrın 29-da Əlixanovun meyiti mənzildə qızı Mariya tərəfindən aşkar edilib”, – deyə sayt bildirib.
Əlixanov 1943-cü il yanvarın 22-də Moskvada anadan olub. 1966-cı ildə Moskva Konservatoriyasını bitirmiş, təhsilini başa vurduqdan bir il sonra Parisdə M.Lonq və J.Tibo adına Beynəlxalq müsabiqənin laureatı olmuşdur. Əlixanov “Moskoncert”in solisti kimi çıxış edib, SSRİ Bəstəkarlar İttifaqının Sovet Musiqisinin Təbliğat Bürosunda işləyib. 1995-ci ildə Moskva Dövlət Akademik Filarmoniyasının solisti olub.
Əlixanov Moskva Konservatoriyasının professoru olub və 40 ildən çox onun Musiqi Məktəbində dərs deyib. 2005-2009-cu illərdə Əlixanov Moskva Konservatoriyasının rektoru olub.
Milli.Az