Siyasət

Toivo Klaar İrəvanda səfərdədir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar İrəvanda Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

“Onlar regional inkişaf və regionda sülh prosesinin dəstəklənməsi istiqamətində Aİ-nin səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar”, – məlumatda qeyd olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button