Ölkə

“Tolstoy, Zatulin, Milonov və digərilərinin xoşuna gəlməsə də Azərbaycan öz bildiyini edir”

“Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil. Bu, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik haqqında Bəyannaməsinin ruhuna zidd olmaqla ölkələrimizarası münasibətlərə kölgə salmağına cəhd hesab edirəm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlmasında deputat Azər Badamov deyib.

O bildirib ki, Son illər Azərbaycan Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir, amma təəssüf ki, Rusiyanın ermənipərəst siyasətçiləri düşmənçilik və təxribat ruhlu açıqlamalar verməklə ölkələrimiz arası münasibətlərə xələl gətirməyə çalışırlar:

“Həm də təəssüf doğurucu məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana qarşı təbliğatın genişlənməsidir. Ölkəmizə olan bu informasiya hücumu Ruisya XİN-nin Laçın yolu ilə bağlı açıqlamasından sonra vüsət alması təsadüfü hesab etmirəm. Amma onlar unudurlar ki, Azərbaycan müstəqil ölkədir və heç kimdən asıllığı yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri sisteminin fəal üzvüsüdür. O cümlədən dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərakatına sədrilik edir. Həm də BMT TŞ-na qeyri-daimi üzvü seçilərək bu təşkilata sədrilik etmişdir. O cümlədən Azərbaycanın Rusiyadan asıllığı yoxdur və 32 ildir ki, öz müstəqilliyini yaşayır və möhkəmlədir”.

“Azərbaycan – Rusiya münasibətləri qarşılıqılı hörmət əsasında qurulub. Azərbaycanın atdığı addımları Ermənistandan fərqli olaraq kimlərinsə diqtəsi ilə deyil, ancaq müstəqil şəkildə atır. Tolstoy, Zatulin, Milonov və digərilərinin xoşlarına gəlməsə də Azərbaycan beynəlxalq münasibətlərini bütün ölkələrlə müstəqil dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin etmişdir. Bu gün ölkə daxili məsələləri də heç kimlə müzakirə aparmadan daxili qanunlara uyğun tənzimləyir. O cümlədən Qarabağda ermənilərin yaşadıqları və Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycanın suverən ərazisinin tərkib hissəsidir. Pyotr Tosltoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın icrasına Rusiya da öhdəlik götürüb. Belə ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri icra etmişdir. Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ də icra etmir və Tolstoy və Zatulin kimilər Üçtərəfli Bəyanatın icrasından danışmağın əvəzinə Ermənistana haqq qazandırmağa çalışır. Lakin onlar bilməlidirlər ki, Ermənistan və Rusiya öz öhdəliklərini icra etməzsə Azərbaycan Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab edə bilər və Ermənistanla sərhədi tamamilə bağlamaq hüququna malikdir. Amma Azərbaycan hələ də humanistlik nümayiş etdirərək Laçın yolunu humanitar hərəkətlər üçün açıq saxlayaraq Ermənistan və Rusiyadan Üçtərəfli Bəyanatın 4,6 və 9-cu bəndləri icrasını tələb etməklə kifayətlənir. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində dayanmaq fikrində deyil. Necə ki, 30 ildən sonra döyüş meydanında öz ərazisinin bütövlüyü təmin etdiyi kimi Qarabağda yaşayan ermənilərin məsələləri də ölkə qanunlarına uyğun həll etməklə bu məsələyə nöqtə qoya bilər”, deyə Azər Badamov bildirib.

Deputat bildirib ki, Pyotr Tolstoyun açıqlamasına görə Rusiya Dövlət Dumasına etirazımızı göndərməli və dövlətlər arası münasibətlərə xələl gətirəcək belə məsələlərdə deputaların məsuliyyətli davranmalı olduqlarını nəzər çatdırmağı vacib hesab edirəm.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button