Toponimlərlə bağlı elektron baza yaradılır

Toponimlərlə bağlı elektron bazanın yaradılması istiqamətində işlər aparılır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktoru Zakir Eminov Milli Məclisdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə işlər yekunlaşacaq.
Qeyd edək ki, Milli Məclisin Regional Məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilir. Dinləmədə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri və digər qonaqlar iştirak edir.
Milli.Az