Ölkə

Tovuzda qəzaya baxmağa toplaşanları maşın vurdu

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzun Alubəyli kəndindən keçən hissəsində yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saat 20 radələrində F.Tağıyevin idarə etdiyi “Toyota Corolla” və A.Dəmirovun sürdüyü “VAZ” markalı avtomobillər toqquşublar.

Nəticədə hər iki sürücü, eləcə də, A.Dəmirovun həyat yoldaşı və azyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Az sonra isə Qoşqar İsayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin yerdə qəzaya baxmağa toplaşmış insanları vurub. Nəticədə Tovuz rayon sakinləri Cahan Əliyev, Sənan Mehdiyev və Ramil Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button