Ölkə

Toylarına cəmi 5 nəfər gəldi – VİDEO

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Ən böyük düşmənim belə belə bir şey yaşamasını istəməzdim”

Milli.Az xəbər verir ki, ABŞ-də yaşayan cütlük toy günü həyatlarının şokunu yaşayıblar.

ABŞ-nin Oreqon ştatında yaşayan Kalina Marie və əri Shane-in toyları gözlənilməz şəkildə kədərli ana dönüb. Cütlük 100-dən çox insana dəvət göndərmələrinə baxmayaraq toylarına  5 nəfər gəlib. Hazırlanan bütün yemək və içkilərin israf olduğunu qeyd edən Marie, yaşadıqları məyusluğu sosial mediada paylaşıb.

Kalina Marie və əri Shane oğulları ilə birlikdə toy zalına girdikdə boş oturacaqlarla qarşılaşıblar. 10 ay ərzində toyları üçün hazırlıqlar edən cütlük 75-dən çox insana mesajla, 25 nəfərə isə xüsusi dizayn olunmuş çap dəvətnaməsi göndərib. Lakin toy günü yalnız 5 nəfər gəlib.

Kalina Marie yaşadıqları hadisəni sosial mediada paylaşaraq belə bildirib: “Dəvətnamədə saat 13:00 yazırdı. Anam 13:15-də mesaj atıb heç kimin gəlmədiyini söylədi. Biz 14:00-də gəldikdə salonda yalnız 5 nəfər vardı. Hazırlanan bütün yeməklər və içkilər israf oldu.”

Doqquz ildir bir yerdə olan və bu ilin yanvar ayında nişanlanan cütlük, dəvətlilərin niyə gəlmədiyini anlamadığını bildiriblər. Hətta gəlməyən qonaqların əksəriyyəti təbrik mesajı belə göndərməmişdi.

TikTok-da 7 milyon dəfə izlənilən toy görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub. Bir çox istifadəçi “Necə olur ki, insanlar toya gələcəklərini deyib, sonra gəlmirlər?” deyə reaksiya göstərib.

Böyük məyusluq yaşayan gəlin Kalina Marie, “Ən böyük düşmənim belə belə bir şey yaşamasını istəməzdim” deyərək üzüntüsünü ifadə edib.

İsmayıl

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button