“Toyota” yeni “Camry”ni təqdim edir
Seqment təyin edən “Camry” 40 ilə yaxındır ki, “ən çox satılan” statusu və flaqman olması ilə “Toyota”ya xidmət edir. İlk çıxışından bu yana dünya üzrə 21 milyondan çox “Camry” satılıb.
Yeni “Camry” “çəkic başlı” ön dizaynı və yeni ön işıqları ilə daha idman üslublu, daha hamar bir görüntüyə sahibdir. Yenilənmiş “Camry” 5-ci nəsil “Toyota” hibrid elektrik sistemi, yenilənmiş daxili və xarici dizayn, ən sonuncu “Toyota” multimedia sistemi, fərdiləşdirilə bilən rəqəmsal sürücü alətləri displeyi kimi bir çox yeniliklərə sahibdir.
“Toyota”nın CALTY dizayn studiosunun yenilədiyi hamar “Camry” dizaynı ona daha müasir və cəlbedici görünüş verir. Məqsəd avtomobilə “enerjili dizayn” bəxş etmək, güclü, bir o qədər də zərif görünüşü ilə yanaşı onu idarə etməyi əyləncəli hala gətirmək idi.
Arxa tərəfdəki uzadılmış çıxıntı və alçaq tavan xətti dinamika hissi ötürərkən, avtomobilin yan tərəfindəki güclü xəttlər arxa emblemdə birləşərək bir “mərmi” görüntü effekti yaradır.
Yeniliklər interyer dizaynında da özünü göstərir. Yeni interyer layihəsində prestij, zəriflik, müasirlik və rahatlıq vəhdət daşıyır. Mərkəzdəki yeni multimedia ekranı bütün diqqəti üstünə çəkərək hər kəs üçün açıq kokpit effekti yaradır. Keyfiyyətli materiallar salonun bütün detallarında hiss olunur.
“Camry” “Toyota”nın 5-ci nəsil hibrid texnologiyasından faydalanan ən sonuncu modeldir. Bu təkmilləşdirmə daha yüksək məhsuldarlığa və həssaslığa malik yeni ikiqütblü litium-ion batareyasını təqdim edir. Güc qurğusu, elektrik mühərrik generatorları və çevirici də daxil olmaqla əsas komponentlər daxili itkiləri azaltmaq, çəkiyə və yerə qənaət etmək üçün yenidən işlənmişdir.Müəyyən edilmiş 2,5 litrlik dörd silindrli hibrid mühərriklə birlikdə bu dəyişikliklər tam sistemin maksimum gücünü 227 DIN at gücünə / 170 kVta (+6%) artırır, eyni zamanda yanacaq sərfiyyatını və CO2 emissiyalarını 5,1 l/100 km və 117-ə qədər azaldır.
Artıq sürətlənmə daha güclü, daha istiqamətli və idarolunması daha rahatdır. 0-dan 100 km/s sürətinə cəmi 8.3-7.9 saniyəyə çatmaq mümkündür.
Yeni “Camry” 12.3 düymlük ekrandan idarə olunan ən sonuncu “Toyota Smart Connect” multimedia sistemi ilə təchiz olunmuşdur. “Apple Carplay” və “Android Auto” vasitəsilə istənilən smartfon naqilsiz formada rahatlıqla qoşula bilir və kabindəki 5 USB portu ilə avadanlıqlar qoşmaq və şarj etmək mümkündür.
Yeniliklər arasında “Toyota Teammate”ə də rast gəlmək mümkündür. Tərkibində ən son qəzanı qabaqcadan müəyyən edən ən son texnologiyalar olan “Toyota Teammate qəzaların azaldılması üçün yükü, sürücü sayıqlığını və vəziyyətini analiz edir.
Artırılmış müəyyən etmə bacarığı ilə Qəza Öncəsi Sistemi (PCS) şəhər daxili hərəkətləri analiz edərək potensial qabaq-qabağa toqquşmaları qabaqcadan müəyyən etməyə fokuslanır. Kəsişən Toqquşmadan Qaçma indi iki zolaq üzrə yaxınlaşan nəqliyyatı, həmçinin yan tərəfdən yaxınlaşan velosipedçiləri və nəqliyyat vasitələrini müəyyən edə bilər.
Yeni “Camry”nin təqdimatı və test sürüşləri “Toyota Qafqaz”ın təşkilatçılığı və Azərbaycan media nümayəndələri və influenserlərinin iştirakı ilə Gürcüstanın Sameqrelo bölgəsində keçirilib. Dadiani sarayında baş tutmuş təqdimat mərasimində iştirakçılar yeni nəsil “Camry”nin krallara layiq dizaynını xüsusilə bəyəndiklərini qeyd ediblər. Bundan savayı, tədbirdə influenserlərə “Camry”nin aşağı yanacaq sərfiyyatı və minimalist interyerindəki geniş işıqlı atmosfer barədə geniş məlumat verilib. Qafqazın ən böyük su-elektrik stansiyası olan İnquri SES-də isə test yürüşləri keçirilib. Bu görüş media nümayəndələrinin ağlında “Camry”nin eleqant və müasir xüsusiyyətlərini nümayiş etdirən maraqlı təcrübə kimi yadda qalıb.
Milli.Az