Ölkə
Tupakın adı küçəyə verildi – FOTO
Kaliforniyanın Oklend şəhərindəki bir küçə hip-hop əfsanəsi Tupakın şərəfinə “Tupac Shakur Way” adlandırılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu yol MakArtur bulvarının yaxınlığında, reperin 90-cı illərdə yaşadığı ərazinin yaxınlığında yerləşir.
Rəsmi küçə adlarının dəyişdirilməsi mərasimində “E-40”, “MC Hammer”, “Money-B”, “Too Short” kimi reperlər və Tupakın ailə üzvləri iştirak edib.
Qeyd edək ki, mərhum reper 1996-cı il sentyabrın 13-də vəfat edib. Sentyabrın 7-də “BMW” markalı avtomobilində bir neçə güllə yarası alan sənətçini həkimlər xilas edə bilməyiblər.
Milli.Az