Ölkə

Tural Əsədov “Xəzər TV”dən ayrılır, əvəzinə o gəlir

Aparıcı Tural Əsədovun da yeni sezondan etibarən Xəzər TV-dən ayrılacağı bildirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

T.Əsədovun aparıcısı olduğu “Səhər mərkəzi” verilişi yeni sezondan etibarən həmkarı Vüsalə Əlizadəyə həvalə olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən T.Əsədovun cavabı belə olub: “Məlumatı Xəzər TV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirə bilərsiniz, mənim ixtiyarım yoxdur”.

Aparıcı Vüsalə Əlizadə də açıqlamasında məlumatı inkar etməyib: “Hələ mən heç bir açıqlama verməmişəm, heç nə deməmişəm. Nə vaxt dəqiqləşər, onda deyərəm. Nə olsa, özüm “İnstagram”da paylaşım edəcəyəm, görünəcək”.

“Səhər mərkəzi” verilişi daha əvvəl Tural Əsədovla Afaq Gəncəlinin təqdimatında yayımlanıb. A.Gəncəli səhhətində yaranan problemlə əlaqədar bir müddət öncə verilişlə sağollaşıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button