Ölkə

Türk mediası İbadoğludan yazdı: saxta pul, silah…

Xəbər verdiyimiz kimi, ötən gün DİN-in keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqəli 5 nəfər həbs olunub ki, onlardan da biri tanınmış iqtisadçı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən bildirir ki, rəsmi açıqlamada əməliyyatın Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında aparıldığı vurğulanıb.

Türkiyə mediasında isə olayla bağlı bir qədər fərqli məlumat əksini tapıb. “İhlas” xəbər agentliyi yazıb:

“Onların FETÖ-nün təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasına şərait yaratdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim və yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button