Uncategorized

Türkiyə Ali Seçki Komissiyası prezident seçkilərinin I turunun yekun nəticələrini açıqladı

Türkiyə Ali Seçki Komissiyası (YSK) Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, YSK-nın bu barədə məlumatı “Resmi Gazete”də yayımlanıb.

Yekun nəticəyə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,52%, Kamal Kılıçdaroğlu 44,88%, Sinan Oğan 5,17%, Muharrəm İncə isə 0,43% səs alıb.

Qeyd edək ki, daha öncə açıqlanan nəticələr belə idi: Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıb.


Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb. Buna görə də 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button