Türkiyə Ermənistanla hava məkanını bağladı

Bolqarıstana birbaşa aviareyslər açıla bilər - Danışıqlar aparılır

Türkiyə Ermənistanla hava məkanını bağladı.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-ə müsahibəsində bildirib.

Məlumata görə, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub: “Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan belə davam edərsə, yeni addımlar atacağıq”. 

Ermənistan mediası yazır ki, Türkiyə aprelin 29-u “Flyone Armenia” şirkətinə Türkiyənin hava məkanı üzərindən Avropaya uçuşlar üçün daha əvvəl verilən icazəni ləğv edib. 


Qeyd edək ki, Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir