Ölkə

Türkiyə hərbçiləri Azərbaycanı tərk edib?

Ağdamdakı Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi bu il iyun ayında işini dayandırdı. Bundan sonra Türkiyə hərbçilərinin Azərbaycanda qalıb-qalmaması ictimaiyyətdə sual doğurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Türkiyə hərbi baxımdan artıq Azərbaycanda təmsil olunmur? Şuşa Bəyənnaməsinə görə, Azərbaycan və Türkiyə hərbçiləri bir-birilərinin ərazilərində qala, təlim və başqa proseslərə qatıla bilərmi?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev xatırladıb ki, Rusiya sülhməramlı kontingentini ərazimizi tərk edib:

“Rus kontingentinin Qarabağda müvəqqəti fəaliyyətinə nəzarət edən Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırdı. Tamamilə ərazilərimizi tərk etdilər. Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var. Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hər iki ölkə hərbi, hərbi-texniki, hərbi-təhsil, səhiyyə və s. istiqamətlərdə əməkdaşlığını davam etdirir. Digər tərəfdən isə türkiyəli hərbçilər Azərbaycanda yerləşə, iki və çoxtərəfli hərbi əlaqəli proseslərdə iştirak edə bilərlər. Bunun üçün hər hansı məhdudiyyət yoxdur”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button