Türkiyədə yüksək keyfiyyətli neft aşkar edilib – Ərdoğan

Türkiyədə yüksək keyfiyyətli neft aşkar edilib - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, yeni neft yataqlarının hasilat gücü sutkada 100 min barel olaraq qiymətləndirilir.

O qeyd edib ki, yeni kəşf edilmiş neft “yüksək keyfiyyətli teksturaya malikdir”.

R.T.Ərdoğan vurğulayıb ki, bundan sonra Türkiyə enerji ixrac edən dövlətə çevrilməklə enerji baxımından artıq başqalarından asılı olmayacaq.


Türkiyə lideri bildirib ki, 2600 metr dərinlikdən tapılan neft “100 quyunun köməyi ilə hasil ediləcək. “Ehtiyatlar gündəlik istehlakımızın onda birini ödəyə biləcək”, deyə R.T.Ərdoğan bildirib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir