Siyasət

Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib

Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin “Lider diplomatiyası” adlı kitabına yazdığı giriş yazısında qeyd edib.

“Xüsusilə tarixdə izlər qoyacaq unudulmaz hadisələrin yaşandığı son illərdə dünyanın nəbzinin Türkiyədə vurduğunu deyə bilərik. Biz kritik məsələlərdə dünya diplomatiyasına rəhbərlik edirik. Türkiyə beynəlxalq aləmdə baş verənləri istiqamətləndirən ölkəyə çevrilib”,- deyə Ərdoğan yazısında bildirib.

Türkiyə prezidenti öz yazısında, Türkiyənin Taxıl Dəhlizi sazişindəki rolundan tutmuş Covid-19 epidemiyasında digər ölkələrə verdiyi dəstəyə, münaqişələrin həlli üçün ikitərəfli və çoxtərəfli platformalarda göstərdiyi səylərdən Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi dəstəyə qədər bir çox nümunələri xatırladıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button