Ölkə

Türkiyə gözəli milli futbolçuya eşq elan etdi

Modellikdən aktyorluğa keçən 2011-ci ilin Türkiyə gözəli Melisa Aslı Pamuk Mustafa Mert Koçla yollarını ayırdıqdan sonra Fransanın “Lill” komandasında çıxış edən milli futbolçu Yusuf Yazıcı ilə yeni eşq macərasına başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bir müddətdir birlikdə olmaqdan danışan və münasibətlərini gözdən uzaq yaşamağa üstünlük verən cütlük sevgilərini sosial şəbəkədəki paylaşımında açıqlayıb.

Yusuf Yazıcı hazırda xaricdə istirahətdə olan sevgilisinin fotosunu “Instagram” hesabından paylaşaraq ürək emojisi qoyub.

Yazıcının bu paylaşımı qısa zamanda sosial mediada böyük maraqla qarşılanıb.

Koçla Pamukun qısqanclıq zəminində ayrıldığı iddia edilib.

Melisa Aslı Pamuk iddialarla bağlı etdiyi paylaşımda “Həqiqətən gülməlisən” ifadələrini yerləşdirsə də, münasibətlərin niyə bitdiyi ilə bağlı açıqlama verməyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button