Siyasət

Türkiyə hökumətinin iclasında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə ediləcək

Bu gün Türkiyə hökumətinin iclası olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda daxili və xarici siyasət məsələləri müzakirə ediləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, xarici siyasətlə bağlı mövzulardan biri Rusiya Prezidenti Putinin Türkiyəyə səfəri olacaq.

İclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma məsələsi də yer alacaq.

Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq, habelə İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, terrorizmlə mübarizə məsələləri də əsas müzakirə mövzularından olacaq.

Bundan əlavə, Kahramanmaraşdakı zəlzələdən sonra 6 ay ərzində vilayətdə görülmüş işlər barədə məlumat veriləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button