Ölkə
Türkiyə vətəndaşı olaraq üstümdə avro gəzdirmədiyim üçün utandım
Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi Pusu”, “Eşkiya dünyaya hükümdar olmaz” kimi reytinqli serialların sevilən obrazı Mustafa Üstündağ sosial şəbəkədə vasitəsi ilə nazirliyə müraciət ünvanlayıb.
Milli.Az xəbər verir ki, “Muro” obrazı ilə şöhrət qazanan aktyor şəxsi Instagram hesabında Türkiyədəki qiymətlərin bahalığından gileylənib. Aktyor bildirib ki, Mersində, eləcə də, digər turizm məkanlarında ödəniş avro ilə aparılır.
“Türkiyə vətəndaşı olaraq üstümdə avro gəzdirmədiyim üçün utandım”, – aktyor etirazını kinayəli formada bildirib.
Qeyd edək ki, hazırda Türkiyədə mərkəzi yerlərdə dönərin qiyməti 19-25 manat arası dəyişir.
İsmayıl
Milli.Az