Ölkə

Türkiyəli müğənni həbs edildi – FOTO

Türkiyəli məşhur müğənni həbs edildi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ-nün media quruluşu ilə bağlı işdə hökmü Yargıtay tərəfindən ləğv edilərək yenidən mühakimə olunan müğənni Atilla Taş, “dövlət məmurunu təhqir səbəbiylə” ümumilikdə 2 il 2 ay 25 gün həbs cəzası alıb. 

İstanbul 25-ci Ağır Cəza Məhkəməsində keçirilən son iclasda müttəhim Atilla Taş iştirak etməyib. Taşı vəkili təmsil edib.

Məhkəmə  müttəhim Atilla Taşı “vəzifə borcuna görə dövlət məmurunu təhqir etmək” maddəsi ilə 1 il 9 ay 25 gün, “hərbi və polis qüvvələrini təhqir etmək” maddəsi ilə isə 5 ay həbs cəzası verib.

Fidan

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button