Siyasət

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media təmsilçiləri ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.

“Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il yekunlaşdırmağı planlaşdırırıq. Bu, ciddi bir alternativ olacaq”, – deyə o əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button