Siyasət
Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur
Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.
Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.
Milli.Az